Şənbə , İyul 20 2019
Ana səhifə / Dünya / Zelenski bunu da ləğv etdi – Prezidentdən 300 milyonluq qərar + Video

Zelenski bunu da ləğv etdi – Prezidentdən 300 milyonluq qərar + Video

Ukrayna prezidenti Vladimir Zelenski hər il avqustun 24-də ölkədə Müstəqillik günü münasibəti ilə keçirilən hərbi paradı ləğv edib. “Qafqazinfo” xəbər verir ki, ukraynalı lider bunun səbəbini Feysbuk hesabında paylaşdığı videomüraciətdə izah edib.

“Adətən avqustun 24-də, Ukraynanın Müstəqillik günündə bizdə cah-calallı və bahalı olmayan hərbi parad keçirilir. Mənə elə gəlir ki, bu il bu paradın əvəzinə bu pulları bizim qəhrəmanlara, hərbçilərə ayırsaq daha yaxşıdır və biz bütün hərbçilərimizə 300 milyon qriven (19925207.31 AZN) ayırmağa qərar verdik”, – lider videoda deyib.  

Zelenski qeyd edib ki, ödənişləri kursantlar, serjantlar, zabitlər, yəni Donbasda hərbi əməliyyatlar zonasında tapşırıqlar yerinə yetirən bütün hərbi qulluqçular alacaq. O əlavə edib ki, avqustun 24-də Kiyev Müstəqillik gününü yeni formatda qeyd edəcək.

Məlumat üçün bildirək ki, Ukraynada Müstəqillik günü münasibəti ilə keçirilən ilk parad 1994-cü ildə Kiyevin Kretaşik küçəsində baş tutmuşdu. 

Həmçinin oxuyun

Avropa İttifaqının yeni rəhbəri Rusiya qazından asılılığın təhlükəli olduğunu söylədi

Almaniyanın populyar “Bild” qəzeti ölkənin keçmiş müdafiə naziri və Avropa Komissiyasının indiki sədri Ursula fon …