Ukrayna prezidenti Vladimir Zelenski müharibənin başlanğıcından bəri 3000-ə yaxın ukraynalı əsgərin öldüyünü açıqlayıb.
Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, o, Ukrayna rəsmilərinin hesablamalarına əsaslanıb.
Zelenskinin sözlərinə görə, 10 minə yaxın Ukrayna əsgəri yaralanıb və onlardan neçəsinin sağ qalacağını söyləmək çətindir”.
O qeyd edib ki, mülki əhali arasında itkiləri hesablamaq hələlik qeyri-mümkündür.
“Mülki insanlar haqqında danışmaq çox çətindir, çünki ölkəmizin cənubunda, ölkəmizin şəhər və kəndlərinin blokadada olduğu Xerson, Berdyansk, Mariupol və şərqdə Volnovaxanın yerləşdiyi ərazi – biz sadəcə olaraq bloklanan o zonada nə qədər insanın öldüyünü bilmirəm”, – deyə Zelenski qeyd edib.