Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Zelenski: “Ərdoğanın Ukraynaya kömək etdiyi bir çox məsələlər var”

Zelenski: “Ərdoğanın Ukraynaya kömək etdiyi bir çox məsələlər var”

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya əhəmiyyətli dəstək verdiyini və müharibəni bitirmək üçün bir çox addımlar atdığını bildirib.

Zelenski xarici jurnalistlərə Ərdoğanla yaxın münasibətləri olduğunu vurğulayıb.

“Çox yaxşı münasibətlərimiz var. Oradan pilotsuz təyyarələr alınıb və bu, böyük köməkdir. Ərdoğanın Ukraynaya kömək etdiyi bir çox məsələlər var. Mən ona çox minnətdaram. Siyasi səviyyədə o, həm də bir çox addımlar atır ki, Rusiya Prezidenti müharibəni bitirməyin vacibliyini başa düşsün”, – Zelenski deyib.

Zelenski, həmçinin qeyd edib ki, Türkiyə gələcəkdə Ukraynanın təhlükəsizliyinin təminatçılarından birinə çevriləcək və Rusiya ilə danışıqlar prosesinə təsir göstərəcək.

“Dünya liderlərinin çoxunda belə bir imkan yoxdur. Çox adam istəyir, amma az adamda belə bir fürsət var. Ərdoğan çox güclüdür, çox ciddi prezidentdir və bizə kömək edir. Düşünürəm ki, Türkiyə Ukrayna üçün təhlükəsizlik təminatlarını təqdim edən ölkələrdən biri olacaq”, – Zelenski əlavə edib. Report

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …