Şənbə , Noyabr 28 2020
Ana səhifə / Dünya / Zaxarovanın bu paylaşımına görə səfir Serbiya XİN-ə çağırıldı

Zaxarovanın bu paylaşımına görə səfir Serbiya XİN-ə çağırıldı

Rusiyanın Serbiyadakı səfiri Aleksandr Botsan-Xarçenko Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Serbiya Prezidenti Aleksandr Vuçiçin ABŞ-a səfəri ilə əlaqədar feysbukdakı paylaşımı ilə bağlı izah verməsi üçün Serbiya Xarici İşlər Nazirliyinə dəvət edilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Zaxarova Vuçiçinin ABŞ-a səfəri zamanı Prezident Donald Trampla görüşdə Amerika liderinin yanında stulda əyləşməsini görüntələyən foto ilə  məşhur “Əsas instinkt” filmindən Şeron Stounun ayağını ayağının üstünə qoyduğu kadrdan fotonu kollaj edərək belə şərh verib: “Əgər sizi Ağ Evə çağırıb stulu bu cür sorğuya çəkirmişcəsinə qoyurlarsa, kim olmağınızdan asılı olmayaraq 2-ci şəkildəki kimi əyləşin, sadəcə inanın”.

Serbiya Prezidenti Zaxarovanın paylaşımına sərt reaksiya göstərərək bunu “primitivizm və pis davranış” kimi qiymətləndirib.

Serbiya Baş Nazirinin birinci müavini və Xarici İşlər naziri İvica Daçiç Rusiya səfiri ilə görüşdən əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ona zəng etdiyini bildirib. O qeyd edib ki, Zaxarovanın paylaşımı iki ölkə arasındakı münasibətlərdə lazımsız gərginlik yaradıb. Bu səbəbdən Lavrovun iştirakının xüsusilə vacib olduğu qeyd edilib.

“Rusiya diplomatiyasında birinci şəxs olan Lavrovun vəziyyətin həllində iştirakı mənim üçün xoş və vacibdir”,- deyə Serbiya XİN rəhbəri qeyd edib.

Mariya Zaxarova isə daha sonra üzr istəyərək paylaşımın səhv anlaşıldığını bildirib.

Həmçinin oxuyun

Putin Təhlükəsizlik Şurasını yenə topladı

Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantıda Dağlılq Qarabağdakı …