Ana səhifə / Dünya / Zaxarova özünü biabır etdi: bin Laden hind müğənni çıxdı

Zaxarova özünü biabır etdi: bin Laden hind müğənni çıxdı

Rusiyalı jurnalistlər Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Klinton haqqında iddialarını yalan çıxaracaq fakt aşkar ediblər.

Axar.az xəbər verir ki, oktyabrın 30-da Zaxarova “Rossiya 1” televiziyasında Hillari Klintonun dövlət katibi olduğu dönəmdə Usama bin Ladenin Ağ Evdə qəbul edildiyini bildirib. Zaxarova buna əsas sübut kimi bin Ladenlə Klintonun bir müddət öncə yayılmış fotosunu göstərib. XİN nümayəndəsi ABŞ-ın bununla qlobal terrorizmə sponsorluq etdiyini söyləyib.

Rusiyalı jurnalistlər isə Zaxarovanın yalan dediyini bildiriblər. Onların sözlərinə görə, Zaxarovanın iddia etdiyi foto əslində saxtadır. Belə ki, bu fotoda əslində Əl Qaidənin keçmiş lideri bin Laden yox, hindistanlı müğənni Şubxaşişem Mukherci dayanıb. Mukhercinin yerinə buraya sonradan bin Ladenin görüntüsü montaj edilib.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …