Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Zaxarova müxalif jurnalistin həbsindən danışdı – “Əsl isterikadır”

Zaxarova müxalif jurnalistin həbsindən danışdı – “Əsl isterikadır”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Ryanair” təyyarəsinin Minskdə məcburi endirilməsinə Qərbin reaksiyasını isterika adlandırıb.
Zaxarova bu barədə “Dojd” telekanalına müsahibəsində danışıb.
“Bu vəziyyət düzəldilməlidir. Qərbli tərəfdaşlarımızın məsələyə münasibəti bizimlə bağlı dedikləri kimi isterikadır. Bu, nə beynəlxalq hüquq, nə də şəxsi təcrübə baxımından dəstəklənməyən əsl isterikadır, qəribə isterikadır”, – deyə Rusiya XİN rəsmisi bildirib. Onun sözlərinə görə, Qərb buna bənzər insidentlər öz ərazisində baş verərkən bir dəfə də olsun, belə “isterik qışqırıqlarla” reaksiya göstərməyib. Zaxarova Belarusun istintaq üçün bütün lazımi məlumatları verməyə hazır olduğunu qeyd edib.
Xatırladaq ki, mayın 23-də Afinadan Vilnüsə uçan “Ryanair” aviaşirkətinə məxsus təyyarə Minskdə məcburi endirilib və NEXTA teleqram-kanalının yaradıcısı Roman Protaseviçlə rusiyalı sevgilisi Sofiya Sapeqi saxlanılıb.
Protaseviç Belarusda kütləvi iğtişaşların təşkili daxil olmaqla, bir neçə maddə üzrə ittiham olunur.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …