Çərşənbə , Mart 29 2023
Ana səhifə / Dünya / Zalujnı Baxmutda rusların tələsinə düşmədi – “The Economist”

Zalujnı Baxmutda rusların tələsinə düşmədi – “The Economist”

Yanvarın sonunda Rusiyanın Baxmuta hücumunun qismən məqsədi Ukraynanın əhəmiyyətli ehtiyatlarının istifadəsi etmək idi. Bununla belə, Ukrayna silahlı qüvvələrinin Baş komandanı Valeri Zalujnı bu tələyə düşməyib.
Bu barədə “The Economist” yazır. Jurnalistlərin fikrincə, ehtiyatlardan istifadə Ukraynanın əks-hücumunu xeyli çətinləşdirərdi. Eyni zamanda Baxmut uğrunda döyüş Rusiya üçün Ukraynadan qat-qat böyük itkilərlə nəticələndi.
“Daha vacibi, general Zalujnı açıq-aşkar görünən tələyə düşmədi. Hərbi əhəmiyyətdən daha çox simvolik məna daşıyan şəhəri xilas etmək üçün Baxmuta əhəmiyyətli ehtiyatlar ayırmaq əvəzinə, yeni texnika üzərində təlim keçmək üçün xaricə hərbçilər göndərdi”, – Economist-in məqaləsində deyilir.Nəşr həmçinin bildirib ki, Zalujnı üç yeni ordu korpusu yaratmağı planlaşdırır. Hər biri altı briqadadan, briqadaların hər biri 20 min əsgərdən ibarət olacaq – ümumi sayı təxminən 60 min olacaq.
Yanvar ayından ABŞ Ordusunun təlim komandanlığı Almaniyada Ukrayna bölmələrinin təlimlərini keçirir. Əgər 2022-ci ildəki hücumlar zamanı döyüşçülər əsasən bölüklərlə hücuma keçirdilərsə, indi amerikalılar ümumqoşun müharibə aparılması üçün onları tabor və briqadalarda birləşdirir. Piyada, zirehli texnika, artilleriya və ordunun digər xidmətləri ayrı-ayrılıqda deyil, birlikdə işləyir.

Həmçinin oxuyun

Xakerlər Fransa parlamentinin saytını dağıdıb

Fransa Milli Assambleyasının (Parlamentin aşağı palatası) saytı xaker hücumuna məruz qalıb.Hücumu rusiyameylli “NoName” haker qrupu …