Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Zərif: ABŞ İranda dövlət çevrilişi hazırlayır

Zərif: ABŞ İranda dövlət çevrilişi hazırlayır

ABŞ Dövlət Departamentində İranda dövlət çevrilişi hazırlığı məqsədi ilə təşəbbüs qrupu yaradıb.

Virtualaz.org TASS-a istinadən bildirir ki, bu barədə öz tvitterində İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yazıb.

“65 il əvvəl ABŞ xalq tərəfindən seçilmiş demokratik Mossadık hökumətini devirib diktatura qurdu və iranlıları növbəti 25 ildə ona tabe etdi. İndi Dövlət Departamentindəki təşəbbüs qrupu da təzyiq, yalan məlumat yayma və demaqoqluq yolu ilə həmin işi həyata keçirməyi planlaşdırır. Amma bu cəhd alınmayacaq”, – nazirin tvitində deyilir.

Qeyd edək ki, Dövlət Departamenti avqustun 16-da İran üzrə öz siyasətinin koordinasiyası üçün işçi qrup yaradıldığını elan edib. Qrupa ABŞ-ın İran üzrə xüsusi nüayəndəsi təyin olunmuş Brayan Huk rəhbərlik edəcək.

Yeri gəlmişkən, Huk jurnalistlərə bildirib ki, qrupun formalaşması haqda elanın 1953-cü ildə Tehranda islahatçı baş nazir Məhəmməd Mossadık hökumətinin devrilməsi üzrə ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarının əməliyyatının ildönümünə düşməsi “sırf təsadüfdür”.

View image on TwitterView image on Twitter

Javad Zarif

@JZarif

65 years ago today, the US overthrew the popularly elected democratic government of Dr. Mossadegh, restoring the dictatorship & subjugating Iranians for the next 25 years. Now an “Action Group” dreams of doing the same through pressure, misinformation & demagoguery. Never again.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …