Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Zəlzələni qabaqcadan xəbər verən mobil telefon xidməti işə başladı

Zəlzələni qabaqcadan xəbər verən mobil telefon xidməti işə başladı

ABŞ-da zəlzələni qabaqcadan xəbər verən yeni mobil telefon xidməti tətbiq edilməyə başlayıb.

Sputnik Azərbaycan “NTV“yə istinadla xəbər verir ki, yeni xidmət çox aktiv zəlzələ bölgəsində yerləşən Los-Anceles şəhərində tətbiq edilməyə başlayıb. Yeni xidmət 2018-ci ilin son həftəsində şəhər sakinlərinin xidmətinə verilib.

“ShakeAlertLA” adlı mobil telefon xidməti ABŞ Geoloji Araşdırma Dairəsinin zəlzələyə qarşı erkən xəbərdarlıq sisteminin siqnallarından istifadə edir.

Yeni sistem zəlzələdən qabaq insanlara on saniyələr qazandıra biləcək şəkildə düzəldilib. Proqramı telefona yüklədikdən sonra xidmət işə başlayır. Yeni tətbiq Los-Ancelesdə 5 baldan çox olan zəlzələni öncədən əhaliyə məlumat verəcək.

Qeyd edək ki, daha böyük zəlzələ erkən xəbərdarlıq sistemləri iri şəhərlərdə tətbiq edilir. Bu, zəlzələdən əvvəl yüksək sürətli qatarlar, metro və təbii qaz xətləri kimi kritik yerlərdə böyük qəzaların qarşısını alır.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …