Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Dünya / Zərrabın 65 milyonluq mülkü müsadirə edildi

Zərrabın 65 milyonluq mülkü müsadirə edildi

İstanbul prokurorluğu Rza Zərrabın 7 milyon dəyərindəki yaxtasını və 58 milyonluq “Challenger 300” tipli təyyarəsini müsadirə edib.

Axar.az xəbər verir ki, bu barədə TGRT informasiya yayıb.

Məlumata görə, Zərrabın “60 years” adlı yaxtası ilə bağlı Ankara ilə danışıqlar aparıldıqdan sonra Bodrum liman rəhbərliyinə Malta bayrağı altında üzən gəminin müsadirəsi ilə bağlı göstəriş verilib. Zərrabın 58 milyonluq təyyarəsi isə İstanbul hava limanında müsadirə edilib.

Qeyd edək ki, Rza Zərrab ABŞ-da həbs edildikdən sonra istintaqla əməkdaşlıq edərək şahid qismində ifadə verməyə razılaşmışdı.

Həmçinin oxuyun

İranın yüksək rütbəli zabiti İraqda öldürüldü – KİV

“RT Arabic” telekanalı İraqdakı mənbələrinə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm …