Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Dünya / Zərrabdan danışan Ərdoğandan SƏRT İFADƏLƏR: “Saxta məhkəmə ilə mənim ölkəmi ittiham edir”

Zərrabdan danışan Ərdoğandan SƏRT İFADƏLƏR: “Saxta məhkəmə ilə mənim ölkəmi ittiham edir”

“Kimsə Hansın qulu olur, kimsə də Corcun köləsi. Kimsə saxta məhkəmə ilə mənim ölkəmi ittiham edir”.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qarsda AKP-nin toplantısında çıxışı zamanı Rza Zərrab məhkəməsindən danışarkən bildirib.
Ərdoğan qeyd edib ki, FETÖ-nün uydurma təmsilçiləri ilə qurulan məhkəmələrdə heç kim Türkiyəni ittiham edə bilməz.
Türkiyə prezidenti ana müxalifət partiyası olan CHP lideri Kamal Kılıçdaroğlunun onun haqqında ittihamlarına da cavab verib.
“Bu adam mənim övladlarımın xaricə pul çıxardığını iddia edir. Halbuki, mənim övladlarımın, qohum-əqrabalarımın xarici banklarda nə hesabları var, nə də pul çıxarıblar. Əslində kimsə Kılıçdaroğlu ilə oyun oynayır və CHP-də onu qurban vermək istəyirlər. Onun əlindəki sənədlər saxtadır”, – deyə Ərdoğan vurğulayıb.

Həmçinin oxuyun

İranın yüksək rütbəli zabiti İraqda öldürüldü – KİV

“RT Arabic” telekanalı İraqdakı mənbələrinə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm …