Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Dünya / “Yuxuda görmüşəm” deyib prezidentin saatını aldı – Video

“Yuxuda görmüşəm” deyib prezidentin saatını aldı – Video

Mətbuat konfransı zamanı qırğız jurnalist prezident Almazbek Atambayevdən saatını istəyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “De Fakto” qəzetinin baş redaktoru Amantur Musaqulov sual vermək üçün mikrofona yaxınlaşaraq Atambayevə yuxusunu danışıb. Jurnalistin sözlərinə görə, guya yuxuda prezidentin öz saatını ona verdiyini görüb və bu səbəblə Atambayevdən saatını istəyib.

Prezident isə zarafatla “Yaxşı ki, şalvarımı istəməmisən” deyərək qolundakı saatı jurnalistə verib.

Qeyd edək ki, Atambayevin səlahiyyətləri noyabrın 24-də başa çatır.

Həmçinin oxuyun

Gürcüstan seçkiləri: Baş nazir Saakaşvilini həbs edəcəyini deyir

Gürcüstanın baş naziri Georgi Qaxariya keçmiş prezident Mixil Saakaşvilinin lideri olduğu “Vahid milli hərəkat” partiyasının …