Cümə , Sentyabr 30 2022
Ana səhifə / Dünya / YUNESKO-ya İrəvanın Təpəbaşı məhəlləsinin dağıdılmaması ilə bağlı çağırış edilib

YUNESKO-ya İrəvanın Təpəbaşı məhəlləsinin dağıdılmaması ilə bağlı çağırış edilib

YUNESKO-nun Baş direktoru Odri Azuleyə Ermənistanın paytaxtı İrəvanın Təpəbaşı məhəlləsində Azərbaycan xalqının mədəni irsinin məhv edilməsinin qarşısını almaqla bağlı çağırış edilib.

“Report” xəbər verir ki, müvafiq petisiya change.org saytında yerləşdirilib.

“İrəvan şəhərinin Təpəbaşı adlanan hissəsi günümüzə qədər gəlib çatmış tarixi İrəvan şəhərinin yeganə nümunəsidir. Tarixən azərbaycanlıların yaşadığı və hazırda 16 hektara qədər kiçildilən Təpəbaşı məhəlləsi günümüzdə məhv olmaq və yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir.

Ermənistanda azərbaycanlıların yaratdığı maddi-mədəni irs haqqında məlumatlar gizlədilir və hissə-hissə dağıdılır. Ermənistan rəhbərliyi bir müddətdir ki, Təpəbaşı hissəsini tamamilə dağıdaraq yerində müasir yaşayış binaları inşa etməyi planlaşdırır. Onlar, bu yolla bir zamanlar İrəvanın sakinləri olan azərbaycanlıların sonuncu nişanəsini məhv etmək istəyirlər.

Təpəbaşı Azərbaycan mədəniyyəti və o cümlədən, bəşər mədəniyyəti üçün son dərəcə önəmli əhəmiyyət kəsb edir”, – petisiyada bildirilir.

Petisiyanın mətnində İrəvan şəhərinin Təpəbaşı hissəsində tarixən azərbaycanlılara məxsus olmuş məhəllə sisteminin və bu məhəllədə mövcud olan abidələrin dağılmasının qarşısının alınmasına və onların xüsusi qorunma altına alınmasına kömək etmək xahişi yer alır.

“Belə olduğu təqdirdə bəşəriyyətin maddi-mədəni irsinin tərkib hissəsi olan İrəvan şəhərinin tarixi Təpəbaşı məhəlləsi növbəti vandalizmdən xilas edilmiş olacaq”, – müraciətdə deyilir.

Həmçinin oxuyun

“Putin nə düşünübsə, onu da edəcək” – Ərdoğan

Onun sözlərinə görə, Ukraynanın bəzi vilayətlərində Rusiyaya daxil olmaqla bağlı “referendum”ların keçirilməsi və Rusiyanın qismən …