Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Yunan Baş Qərargah rəisi Bodrumu göstərib, Ankaraya meydan oxudu

Yunan Baş Qərargah rəisi Bodrumu göstərib, Ankaraya meydan oxudu

Ankara Yunanıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Konstantinos Florosun Egey və Aralıq dənizinin şərqində yerləşən bir sıra adalara səfərini Türkiyəyə qarşı təxribat adlandırıb.

Qeyd olunur ki, general Floros Türkiyə sahillərindən cəmi səkkiz kilometr aralıda yerləşən Keçi adasındakı Yunan ordusunun qarnizonunu ziyarət etməklə kifayətlənməyib. Həm də sosial şəbəkədəki hesabında Türkiyə şəhərinin sahillərini aydın şəkildə göstərən foto yayıb. “Bodrum. Əllərimiz tətikdə, biz hazırıq”, – general yazıb.

2004-cü ildə Yunanıstan faktiki olaraq Keçi adasını işğal edib və orada artilleriya və zenit-raket bölmələri də daxil olmaqla böyük hərbi qarnizon yerləşdirib.

Qeyd edək ki, 1923-cü il Lozanna sülh müqaviləsinə əsasən Keçi adası Türkiyənin ərazi sularında yerləşir, 1948-ci il Paris razılaşmasına görə isə hərbisizləşdirilmiş ərazi statusuna malikdir. Buna baxmayaraq, 2004-cü ildə Yunanıstan adanı işğal edib və orada böyük hərbi qarnizon yerləşdirib.

Beləliklə, general Florosun Keçi adasından Türkiyəyə meydan oxuması, həmçinin Baş Qərargah rəisinin Türkiyə-Yunanıstan sərhədindəki hərbi hissələrdən birinə səfəri Afina ilə Ankara arasında onsuz da yüksək olan gərginliyi daha da artırıb.

Bundan əvvəl Yunanıstan mətbuatı xəbər vermişdi ki, gələn ilin əvvəlində Afina Egey dənizindəki Sirit adasından öz ərazi sularını on iki dəniz milinə qədər genişləndirməyə hazırlaşır. Türkiyə isə qonşularını bu kimi təxribatçı addımlardan çəkinməyə çağırıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu o zaman bildirib ki, Ankara Yunanıstanın ərazi sularını bir mil belə genişləndirməsinə icazə verməyəcək. “Yunanıstanı bir daha xəbərdar edirik. Yalançı qəhrəmanlıq dalınca getməyin, macəralara tələsməyin. Sonu çox da yaxşı olmayacaq”, – Türkiyənin xarici işlər naziri o zaman vurğulayıb. AzPolitika.info

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …