Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Dünya / Yuliya Timoşenko: “Ukraynanı dünyanın gözü qarşısında biabır edirlər”

Yuliya Timoşenko: “Ukraynanı dünyanın gözü qarşısında biabır edirlər”

“Batkivşina” partiyasının lideri Yuliya Timoşenko bildirib ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynanın prezidenti Pyotr Poroşenkonun göstərişi ilə saxlanılıb.

Bu barədə o öz “feysbuk” səhifəsində yazıb.

“Mən anlayıram ki, Mixail Saakaşvilini baş prokuror, məhkəmə, yaxud istənilən başqa hüquq-mühafizə strukturu həbs etməyib. Onu məhz siz həbs etdirdiniz”, — deyə Timoşenko vurğulayıb.

O, Ukrayna prezidentindən “verdiyi bütün komandaların ləğvini və Saakaşvilinin dərhal azadlığa buraxılmasını” tələb edib. O, Poroşenkonu həmçinin “Ukraynanı bütün xalqın və dünyanın gözündə biabır etməməyə” çağırıb.Virtualaz.org

Həmçinin oxuyun

Türkiyədə son 8 ayın ən yüksək ölümü

Türkiyədə son sutkada 6713 nəfərə COVID-19 diaqnozu qoyulub, 153 nəfər isə bu virusdan ölüb. APA-nın …