Yermak: ABŞ-nin planı Kiyev üçün qəbuledilməzdir
krayna Prezident Aparatının rəhbəri Andrey Yermak ABŞ Prezidenti Donald Trampın təklif etdiyi 28 bəndlik sülh planının Kiyev üçün qəbuledilməz olduğunu bildirib və bu planı gündəlikdən çıxarmağı təklif edib.
Bu barədə o, "Axios" portalına müsahibəsində danışıb.
“Mən təklif edirəm ki, bu 28 bəndi unudaq. Həyat o qədər sürətlə dəyişir ki, indi düşünürəm, bu artıq keçmişdə qalıb,” - o deyib.
Qərb mediasının məlumatına görə, ABŞ-nin ilkin sülh planında Ukraynanın NATO-ya üzvlük planlarından imtina etməsi və alyansın Kiyevi inteqrasiya etməyəcəyinə dair öhdəlik götürməsi nəzərdə tutulurdu. Sənəddə həmçinin ABŞ və digər ölkələrin Krım və Donbas üzərində Rusiyanın suverenliyini tanıması, Ukrayna silahlı birləşmələrinin DNR ərazisindən çıxarılması, rus dilinə dövlət statusu verilməsi, Ukrayna ordusunun sayının məhdudlaşdırılması və Rusiyaya qarşı sanksiyaların ləğvi kimi müddəalar da yer alırdı.
Avropa İttifaqı ölkələrinin liderləri planın bir sıra müddəalarına etiraz edib və özlərinin alternativ təklif üzərində işləməyə başladıqlarını açıqlayıb.