Cümə axşamı , Oktyabr 28 2021
Ana səhifə / Dünya / Yerevanda polis nazirlikləri blokadaya almış nümayişçilərə hücum etdi

Yerevanda polis nazirlikləri blokadaya almış nümayişçilərə hücum etdi

Yerevanda müxalifətin etiraz aksiyalarının iştirakçıları “Respublika” meydanında yerləşən bir neçə nazirlik binasını blokadaya almağa çalışıblar.

Hadisə yerində olan “TASS”ın müxbiri bildirib ki, polis bu cəhdlərin qarşısını almağa çalışır. Son dəqiqə 1 nəfərin saxlanıldığı barədə məlumat var.

Aksiyaçıların qarşısını almaq üçün nazirlik binalarının OMON dəstələri tərəfindən nəzarətə alındığı bildirilir.

Qeyd edək ki, Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb, saxlanılanlar var.

Həmçinin oxuyun

Sarkisyan Səudiyyə Ərəbistanına getdi

Ermənistan prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına işgüzar səfərə gedib. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti …