Ana səhifə / Dünya / Yeni Zelandiyada iki məscidə hücum – 27 ölü, 30 yaralı + Yenilənir

Yeni Zelandiyada iki məscidə hücum – 27 ölü, 30 yaralı + Yenilənir

Yeni Zelandiyanın Kraysçörç şəhərində iki məscidə silahlı hücum olub.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, terror aktları nəticəsində 27 nəfər ölüb.

Məlumata görə, 1 nəfər saxlanılıb. Lakin, silahlı şəxslərin daha çox olduğu bildirilir.

Hadisənin baş verdiyi ərazilər nəzarətə götürülb. Hazırda polislər genişmiqyaslı əməliyyat keçirir.

***

TASS agentliyinin verdiyi məlumata görə, silahlılar Əl-Nur və Linvud Məscid məscidlərinə hücum ediblər. Ən az 30 yaralının olduğu deyilir.

Məlumata görə, iki məsciddə ümumilikdə 500-ə yaxın adam olub.

Həmçinin oxuyun

Britaniya Fars körfəzinə 100 dəniz piyadası göndərir

Böyük Britaniya Oman körfəzində tankerlərin hücuma məruz qalmasından sonra öz gəmilərini qorumaq üçün Fars körfəzinə …