Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / “Yeni Maydan” başlayır? – ŞƏRH

“Yeni Maydan” başlayır? – ŞƏRH

Son günlər Ukraynada siyasi gərginlik pik həddə çatıb. Gürcüstanın və Odessa vilayətinin sabiq rəhbəri Mixail Saakaşvilinin saxlanılması ilə başlayan etirazlar davam edir. Narazı kütlə Ukraynanın hazırki hakimiyyətini devirməyə çalışır.

Ukraynalı politoloq, Siyasi analiz və menecment üzrə Ukrayna İnsititutunun rəhbəri Ruslan Bortnik ölkəsində baş verən hadisələri şərh edib.

R.Bortnik bildirib ki, Ukraynada yaşananlar hakimiyyət uğrunda baş verən mübarizənin bir hissəsidir. Onun sözlərinə görə, Saakaşvili Ukraynada o qədər də populyar siyasətçi deyil: “Onun reytinqləri düşünüldüyü kimi elə də yüksək deyil. Saakaşvili Poroşenko əleyhinə, hakimiyyətə qarşı etirazın simasıdır. Bir daha qeyd edim ki, bu, hakimiyyət uğrunda mübarizənin bir hissədir. Cəmiyyət arasında hakimiyyətin, Poroşenko rejiminin nüfuzunu aşağı salmağa çalışırlar. Ölkədəki qeyri-sabitlik müxalifətin xeyrinədir. Hadisələrin bundan sonra necə cərəyan edəcəyini demək olduqca çətindir. Bütün bunlar hakimiyyətin və ya müxalifətin konkret olaraq hansı addımlar atacağından asılıdır”.

Politoloq hesab edir ki, Saakaşvili azadlığa çıxsa da, Kiyevdə etirazlar davam edəcək. Buna baxmayaraq Ukraynada “Yeni Maydan” olmayacaq.

“Hazırda baş verənlər Ukrayna müxalifətinin xeyrinədir. Onlar yaranmış vəziyyətdən hakimiyyətə qarşı istifadə edirlər. Çünki hakimiyyət bununla Qərbin, cəmiyyətin dəstəyini itirir. Hazırki durum bprosesdə iştirak etməyənlərin xeyrinədir. Bundan sonra nələrin baş verəcəyini zaman göstərəcək. “Yeni Maydan” isə məncə, baş tutmayacaq”- R.Bortnik vurğulayıb. (AzVision.az)

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …