Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Dünya / Yeni doğulmuş körpəni bidona qoydular və… – VİDEO

Yeni doğulmuş körpəni bidona qoydular və… – VİDEO

Türkiyənin Dənizli bölgəsində yaşanan hadisə hər kəsi şoka salıb.

Sarayköydə tarla ərazisində plastik bidonun içinə qoyulmuş körpə cəsədi tapılıb. Göbəyindəki sancaqdan körpənin xəstəxanada doğulduğu ehtimal olunur. Cəsəd çürüdüyü üçün körpənin cinsiyyətini müyyən etmək mümkün olmayıb. Körpənin ölüm səbəbi tibbi ekspertizadan sonra məlum olacaq.

Polis əməkdaşları uşağın anasını və körpəni ora atanları tapmaq üçün axtarışa başlayıb. Bidon tarlada qoyun otaran çobanlar tərəfindən tapılıb. İlkin ehtimala görə, uşaq 3 ay əvvəl dünyaya gəlibmiş./publika.az

Həmçinin oxuyun

“Həm ön cəbhədə, həm də arxa cəbhədə Vətənin müdafiəsinə hazırıq” – Diaspor təşkilatlarımızın aksiyalarından xülasələr

Arxa cəbhənin ön döyüşçüləri…  Sentyabrın 27-dən etibarən Azərbaycan ordusu işğal altında olan Qarabağda uğurlu əks-hücum …