Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Yaponiyada günvurma barədə xəbərdarlıq edən köynək hazırlanıb

Yaponiyada günvurma barədə xəbərdarlıq edən köynək hazırlanıb

Yaponiyanın idman malları istehsalı sahəsində tanınmış “ASICS Corporation” və telekommunikasiyalar sahəsinin nəhənglərindən biri olan NTT şirkəti sahibini günvurmadan qoruyan köynəyi ictimaiyyətə təqdim ediblər.

AZƏRTAC xəbər verir ki, xəbərdaredici sensorla təchiz edilən köynək avqustun 23-də nümayiş olunub.

Köynəyin arxa hissəsində yerləşdirilən sensor sahibinin ürək döyüntülərini, köynəyin altındakı hərarəti və nəmişliyi, həmçinin günəşin istiliyini izləyir.

Sensor əldə edilən məlumatları köynəyin sahibinə ötürməklə ona öz fiziki vəziyyətinə nəzarət etmək imkanı yaradır. Günvurma təhlükəsi yarandığı təqdirdə qurğu köynək sahibinə xəbərdarlıq edir.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …