Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Xüsusi xidmət Sarkisyanın qardaşını və qardaşı oğlunu belə apardı – VİDEO

Xüsusi xidmət Sarkisyanın qardaşını və qardaşı oğlunu belə apardı – VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları keçmiş prezident Serj Sarkisyanın qardaşı Aleksandrın evində təxminən 8 saat axtarış aparıblar.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən axşam aparılan axtarışlar başa çatdıqdan sonar Aleksandr Sarkisyan və onun oğlu Ayk Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.

Milli Təhlükəsizlik Xidmət hələlik bu xüsusi əməliyyatın yekunları barədə məlumat verməyib.

Qeyd edək ki, bundan öncə Ermənistanın Baş Prokurorluğu keçmiş prezident Serj Sarkiyanın qardaşı oğluna qarşı cinayət işini bərpa eetmişdi.

Ayk Sarkisyan adam öldürməyə təşəbbüsdə ittiham edilir.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …