Bazar ertəsi , May 20 2024
Ana səhifə / Dünya / “Xocalı cəlladı” kimi tanınan erməni general öldü

“Xocalı cəlladı” kimi tanınan erməni general öldü

Ermənistan parlamentinin keçmiş deputatı, müdafiə nazirinin keçmiş müavini general Seyran Saroyan ölüb.

Azinforum.az xəbər verir ki, Seyran Saroyan 90-cı illərdə Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. 1993-2007-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin alayın, briqadanın, 2-ci ordu korpusunun, sonra isə 4-cü korpusun komandiri olub.

Qeyd edək ki, erməni generalı Seyran Saroyan Qarabağda müharibə zamanı azərbaycanlı hərbi əsirlərə və dinc əhaliyə qarşı xüsusi amansızlığı ilə seçilib.

“Xocalı qatili” kimi tanınan general Seyran Saroyanın səhətti pisləşdiyindən Belarusa aparılmışdı. Onun artıq yeriyə bilmədiyi və ayaqlarının tutulduğu deyilirdi.

Həmçinin oxuyun

İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür edib

İran bir sıra dövlətlərə İslam Respublikasının xalqı və hökuməti ilə həmrəyliyə, habelə Prezident İbrahim Rəisinin …