Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / XİN rəhbərləri Ankarda toplaşır

XİN rəhbərləri Ankarda toplaşır

Sabah Ankarada üçtərəfli görüş keçiriləcək.

Belə ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin yaratdığı qlobal ərzaq böhranını qiymətləndirmək üçün yaxın iki həftədə 9 ölkənin xarici işlər nazirlərini qəbul etməyə hazırlaşır.

Uyunun 6-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı və türkmən vəzifədaşları Ceyhun Bayramov və Rəşid Meredovu iştirakı ilə üçtərəfli görüş keçiriləcək.

Bundan sonra Makedoniyanın və Hollandiyanın XİN rəhbərləri Türkiyəyə gələcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da Ukraynadan taxıl daşımaq üçün Qara dənizdən təhlükəsiz keçidin yaradılmasını müzakirə etmək üçün hərbi nümayəndə heyəti ilə Ankaraya gəlməsi planlaşdırılır.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …