Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Dünya / “Xersonun itirilməsi işğalçılar üçün böyük məğlubiyyət olacaq”

“Xersonun itirilməsi işğalçılar üçün böyük məğlubiyyət olacaq”

Xersonun itirilməsi rusiyalı işğalçılar üçün böyük siyasi məğlubiyyət olacaq, ona görə də onlar bu ərazilərin əldə saxlanması üçün maksimum səy göstərirlər.

Bu barədə Xerson Vilayət Şurasının sədr müavini Yuri Sobolenski informasiya telemarafonunun efirindən xəbər verib («UNİAN»).

«Xerson vilayəti onlar üçün ölümcül dərəcədə qaçılmazdır, çünki Xerson və Xerson vilayətinə böyük miqdarda siyasi diqqət investisiya olunub. Onlar artıq o qədər bəyanat veriblər və rəsmi şəxslərin, Rusiya Federasiyası Prezidenti administrasiyası rəhbərlərinin və böyük miqdarda duma deputatlarının səfərlərini təşkil ediblər ki…» – o, deyib.

Sobolevskinin sözlərinə görə, əgər rusiyalılar Xersonu itirərlərsə – bu, onlar üçün çox böyük siyasi məğlubiyyət olacaq.

“Odur ki, mən əminəm, onlar bu əraziləri saxlamaq üçün maksimum səy göstərəcəklər… Amma bizim Silahlı Qüvvələrimiz orada çox əla işləyirlər. Mən əminəm ki, ərazilərin hamısı tamamilə işğaldan azad ediləcək, səbr etmək lazımdır” – o, əlavə edib.

Sobolevski qeyd edib ki, işğalçılar Xerson vilayətində çox böyük miqdarda itkilərlə üzləşib və şəxsi heyət demoralizə olub.

AzPolitika.info

Həmçinin oxuyun

Putin Kadırova general-polkovnik rütbəsi verdi

Çeçenistan rəhbəri Ramzan Kadırova general-polkovnik rütbəsi verilib. Bu barədə Çeçenistan rəhbəri öz Telegram kanalında bildirib. …