Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / “Xersondan geri çəkilməklə Kreml özünü alçaldılmış saymır“ – Peskov

“Xersondan geri çəkilməklə Kreml özünü alçaldılmış saymır“ – Peskov

“Kreml Xersondan çıxarılmasını və qoşunların Dnepr çayının sol sahilinə köçürülməsini alçaldıcı hesab etmir”.

“RIA Novosti” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, regionun statusunun dəyişmədiyini vurğulayıb. “Bu, Rusiya Federasiyasının subyektidir. Qanunvericiliklə bu mövzu sabitdir, müəyyən edilir. Burada heç bir dəyişiklik yoxdur və ola da bilməz”.

Peskov, həmçinin jurnalistləri Xerson istiqamətindəki vəziyyətlə bağlı şərh almaq üçün Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa dəvət edib.

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …