Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçildi
Ayətullah Seyid Əli Xameneinin oğlu Müctəba Xamenei İranın yeni Ali Rəhbəri seçilib.
Bu barədə İranın dövlət mediası məlumat yayıb.
Məlumata görə, müvafiq qərarı İran Ekspertlər Şurası səs çoxluğu ilə qəbul edib.
Qeyd edək ki, Müctəba Xamenei İranın üçüncü Ali Rəhbəri olub.
Xatırladaq ki, Seyid Əli Xamenei fevralın 28-də İsrail və ABŞ-ın aviazərbələri nəticəsində öldürülüb. O, 1989–2026-cı illər arasında İranın ikinci Ali Rəhbəri olub.