Ana səhifə / Dünya / Xamenei ölüm ayağında – “Bu mənim son görüşüm ola bilər”

Xamenei ölüm ayağında – “Bu mənim son görüşüm ola bilər”

İranın Ali dini lideri Ayətullah Əli Xameneinin vəziyyətinin ağır olduğu bildirilir.

AzPolitika.info ABŞ-ın “New York Times” nəşrinə istinadla xəbər verir ki, ötən həftə Xameneinin səhhətində problem yaranıb və o, əməliyyat olunub. 83 yaşlı liderin vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Qəzet İrandan olan mənbələrinə istinadla bildirir ki, Xamenei ötən həftədən bəri bütün görüşlərini ləğv edib.

“New York Times” Xameneinin xarici əlaqələr, hərbi və nüvə sazişi kimi məsələlərdə ölkənin yekun qərarını verən şəxs olduğunu bildirir.

Qeyd olunur ki, Xamenei iki həftə əvvəl Məşhəd şəhərində iştirak etdiyi dini tədbirdə ətrafına deyib ki, bu, onun dini mərkəzə sonuncu səfəri ola bilər.

Mənbələr qeyd ediblər ki, bu səfərdən sonra Tehrana qayıdan Xameneinin səhhəti get-gedə ağırlaşmağ başlayıb.

İran hakimiyyəti isə Xameneinin səhhəti ilə bağlı heç bir açıqlama vermir.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …