Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Dünya / Xəzər necə bölüşdürüldü – Deputat AÇIQLAYIR

Xəzər necə bölüşdürüldü – Deputat AÇIQLAYIR

“1996-ci ildən danışıqlara başlayan 5 Xəzəryan ölkə dünyanın ən böyük qapalı su hövəzsi olan Xəzər dənizinin hüquqi statusu haqda ümimi çərçivələri razılaşdırdılar. Avqustda dövlət başçıları tərəfindən imzalanan saziş regionda neft və qaz ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlini xeyli asanlaşdıracaq, su resurslarından istifadəni tənzimləyəcək. SSRİ dağılandan sonra Xəzər 5 ölkəyə aid olmağa başladı.

İran Xəzərin bölünməsini GÖL prinsipi üzrə- yəni hər bir ölkəyə bərabər pay verilməsi qaydasını təklif edirdi. Digər 4 ölkə isə DƏNİZ prinsipi üzrə – orta xətt prinsipi ilə müəyyən məsafədə hər bir ölkənin sektorlarının müəyyən olunması, dənizin ortasının isə ümumi istifadəyə verilməsini təklif edirdi. Keçən müddət ərzində Azərbaycan, Qazaxsan və Rusiya, həmçinin, Qazaxsan və Türkmənistan öz aralarında dənizin şimal hissəsini orta xətt prinsipi ilə bölünməsini razılaşdırdılar. 22 il ərzində 5 sammit keçirildi. Nəhayət ki, dünən keçirilən sonuncu sammitdə Xəzərin dibinin dəniz, suyunun isə göl kimi bölünməsi razılaşdırıldı”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

Deputat bildirib ki, 1982-ci ildə qəbul edilmiş BMT-nin Dəniz Hüququ Haqında Konvensiyasının prinsipləri dənizin dibinin bölünməsini əhatə edir.

“Konvensiyasını bütövlükdə Xəzərə dənizinə aid etmək mümkün deyil. Belə ki, konvensiyadakı “Dəniz” anlayışına Xəzər uyğun gəlmir. Eyni zamanda Xəzərin suyunun və təkinin tərkibi, forması onu göl adlandırmağa da imkan vermir. Məhz bu xüsusiyyətlər Xəzər haqqıdan ayrıca sazişin olmasını labüd edirdi”.
T.Mirkişili qeyd edib ki, imzalanan Konvensiya ümumi prinsipləri müəyyən edir.

“Onun əsas ideyası: Xəzərin statusu 5 ölkə arasında mübahisə mövzusu deyil, dəniz-gölün bölünməsini ümumi prinsipləri müəyyən olunub və indidən sonra qonşu tərəflər arasında olan konfliklər ikitərəfli qaydada həll edilməlidir, 5 tərəfli yox. Bütün bu illər ərzində dəniz prinsipi ilə Xəzərin sektorlara bölünməsinə etiraz edən yeganə ölkə İran idi. Bu cür bölgüdə ona 10%-dən bir az artıq minimal və ən dərin pay düşürdü. Göl prinsipi ilə bölündükdə isə İran 20% paya iddia edirdi. ABŞ-ın “Energy İnformation Administration” (EİA) qurumunun təqribi hesablamalarına görə Xəzərin neft və qazla zəngin təkində 6.5 mlrd ton təsdiq edilmiş və ehtimal olunan neft və neft ekvivalentində qaz ehtiyatları mövcuddur. Proqnozlaşdırılan ehtiyatlar isə bundan 1.5 dəfə çoxdur. İndiki qiymətlərlə bu ehtiyatların dəyəri 8 trilyon dollardır”.

Deputat deyib ki, indiyə qədər hər bir Xəzəryanı ölkə istənilən formada bölgüdə mübahisə yaratmayacaq yataqlarda problemsiz fəaliyyətlərini həyata keçirilblər.
“Ancaq sərhəd bölgələrdə perspektiv yataqlar ciddi mübahisələrə səbəb olmuş və hətta bəzi hallarda silahların münaqişə təhülkələri yaranıb. Belə mübahisələr Qazaxıstan-Rusiya, Azərbaycan-İran, Azərbaycan-Türkmənistan arasında olub”.
Deputat mübahisə edən tərəflər arasında əsas arqumentin aşağıdakı olduğunu qeyd edib.

“Xəzərin statusu müəyyən edilməyib, ona görə də mübahisəli məsələləri bütün 5 ölkə həll etməlidir. Amma indi artıq yalnız qonşu ölkələr. Konvensiyada orta xətt bölgüsü müəyyən olunmayıb, bunu üçün ayrıca sazişlər tələb olunur. Azərbaycan-Rusiya-Qazaxıstan və Qazaxıstan-Türkmənistan arasında belə sazişlər artıq var. Yalnız İran tərəddüd edirdi, amma artıq o da ümui qaydalara imza atdı. İran ciddi sankiyalar altındadır, indiki halda qonşu ölkələrlə mübahisələrin tənzimlənməsi onun üçün çox əhəmiyyətlidir. Onun üçün ən önəmli məsələ olan təhlükəsizlik məsələsi konvesiyada öz əksini tapıb. Xəzər dənizində yalnız 5 sahilyanı ölkənin silahlı qəvvələrini mövcud ola bilməsini özündə əks etdirən konvensiya, eyni zamanda bu ölkələrin heç birinin ərazisindən digər ölkəyə qarşı istifadə olunmamasına da təminat verir.
Deputat deyib ki, indiyə qədər tənzimlənməyən Xəzərin statusu Türkmənistan-Azərbaycan arasında sualtı Transxəzər boru kəmərinin reallaşmasında da mane olurdu.
“Konvensiyaya görə bu layihənin qərarını yalnız Azərbaycan və Türkmənistan verəcəklər, ekoloji standartlar nəzərələ alınmaqla belə layihələr qonşu ölkələr arasında reallşa bilər. Doğrudur, konvensiyaya əlavə edilən ekoloji razılığın alınması qaydaları bütün 5 ölkənin belə layihələr üçün razılığı tələb olunur. Bu razılıq layihələrin həyata keçməsini ləngidə bilsə də, mane ola bilməyəcək”.

T.Mirkişili qeyd edib ki, Transxəzər kəməri Azərbaycan və Türkmənistana Avropa bazarlarına ildə 100 mlrd m3 qazın ixracına imkan verə bilər.

“Ümumilikdə, Xəzər dənizinin hüquqi statusunu müəyyən edən konvensiya bütün məsələləri həll etməsə də, ümumi yanaşma baxımından çöx önəmlidir və Azərbaycan illər boyunca irəli sürdüyü mövqe ilə üst üstə düşür. Bakı-Tbilisi-Qars dəmir yolunun dəniz davamı olan Xəzər dənizində transiz nəqliyyat imkanlarının artması Azərbaycanın əlavə iqtisadi maraqlarının təmin olunması anlamına gəlir”.

Qeyd edək ki, ötən gün Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti başa çatıb.
Sammitin yekununda Xəzəryanı ölkələrin prezidentləri — İlham Əliyev (Azərbaycan), Vladimir Putin (Rusiya), Nursultan Nazarbayev (Qazaxıstan), Həsən Ruhani (İran) və Qurbanqulı Berdıməhəmmədov (Türkmənistan) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.
Bundan əlavə beş ölkənin vəzifəli şəxsləri bu Konvensiyadan irəli gələn digər mühüm sənədlərə imza atıblar.

Xatırladaq ki, 1996-cı ildən sözügedən sənəd üzərində iş aparılıb. Konvensiya layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.

Həmçinin oxuyun

Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə …