Cümə , Yanvar 15 2021
Ana səhifə / Dünya / Volqoqrad yaxınlığında atışma: azərbaycanlılarla ermənilər dağıstanlıların cavabını verdilər

Volqoqrad yaxınlığında atışma: azərbaycanlılarla ermənilər dağıstanlıların cavabını verdilər

Volqoqrad yaxınlığındakı Frolovo şəhərində azərbaycanlılar, ermənilər və dağıstanlılar arasında kütləvi dava olub. Dava zamanı bir nəfər ölüb, 3 nəfər yaralanıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, silahlı insidentə dağıstanlılar səbəb olublar.

Onlar Frolovo şəhərində azərbaycanlı və ermənilərdən ibarət ailəyə məxsus mağazaya giriblər.

Münaqişə öncə iqtisadi xarakter daşıyıb. İlk atəşi dağıstanlılar açıb. Atəş nəticəsində mağaza sahiblərindən biri, milliyyətcə erməni olan E. ölüb. 3 nəfərin yaralandığı bildirilir. Onlardan ikisi dağıstanlı, biri isə zərərçəkən ailənin nümayəndəsidir.

Polis atışmada iştirak etmiş 4 Dağıstan vətəndaşını saxlayıb.

Həmçinin oxuyun

Sabiq prezidentin 20 illik həbs cəzası dəyişmədi

Cənubi Koreyanın Ali Məhkəməsi korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 20 il həbs cəzası …