Ana səhifə / Dünya / Vladimir Jirinovskidən Ukraynaya təhdid: “Sizi güllələyəcəyik” – VİDEO

Vladimir Jirinovskidən Ukraynaya təhdid: “Sizi güllələyəcəyik” – VİDEO

“Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ukraynalı politoloq Vadim Tryuxana qarşı sərt ifadələr işlədib.

Axar.az xəbər verir ki, buna səbəb isə ukraynalı politoloqun Jirinovskinin çıxışını sirk adlandırması olub.

“Sizi güllələyəcəyik, alçaq və vicdansızlar. Siz əclaf və cinayətkarsınız. Siz artıq 10 min nəfəri məhv etmisiz. Hər biri üçün cavab verəcəksiz”, – deyə Jirinovski bildirib.

 

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …