Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Vladimir Jirinovski: “Ermənilər Paşinyana görə peşman olacaqlar…” – VİDEO

Vladimir Jirinovski: “Ermənilər Paşinyana görə peşman olacaqlar…” – VİDEO

“Ermənilər Paşinyanı hakimiyyətə gətirdiklərinə hələ peşman olacaqlar”.

Bunu Dövlət Dumasında verdiyi mətbuat konfransında Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovski deyib.

Onun sözlərinə görə, inqilab istəyənlər anlamalıdır ki, ondan sonra həmişə əvvəlkindən daha pis olur.

“Paşinyan daha yaxşı etmək istəyir, lakin heç nə alınmayacaq. Blokadada olduğu bir vaxtda Ermənistan çiçəklənə bilməz. Öz ehtiyatları isə yoxdur”, – Jirinovski vurğulayıb.

Jirinovski bunu da bildirib ki, ABŞ və İsrail İrana qarşı müharibə hazırlayırlar. Onun fikrincə, İrana müdaxilədən sonra bu ölkə SSRİ tərzində altı dövlətə bölünəcək (1 ölkədən 15 ölkə).

“Ölkənin mərkəzi hissəsi indiki 80 milyon əhali əvəzinə 30 milyon əhali ilə Iran kimi qalacaq. Cənubda Bəlucistan olacaq. Qərbdə ərazilərin bir hissəsi ərəblərin əlinə keçəcək, şimal-qərbdə, hazırda İrana, İraq və Türkiyəyə daxil olan kürd torpaqlarında Kürdüstan yaradılacaq”, – Jirinovski bu barədə özünün “Telegram” hesabında yazıb.

O, dəqiqləşdirib ki, Ermənistan İranın parçalanmasına köməklik göstərsə, hazırda Türkiyədə olan Araratı və digər torpaqlarını geri alacaq. İrandan bir pay da Azərbaycana düşəcək. Şərqdə isə İran torpaqlarının hesabına Türkmənistan genişlənəcək.

“Əlbəttə, bu cür nəhəng torpaq bölgüsü Yaxın Şərqdə başqa dəyişikliklərə də səbəb olacaq. Pakistan və Əfqanıstanın ərazisində hər iki ölkədə mövcud olan şəhərin adına müvafiq olaraq Puştunistan yaradılacaq. Özbəkistanın və Tacikistanın sərhədləri də cənuba doğru genişlənəcək”, – Dövlət Dumasının deputatı bildirib.

O, qeyd etdiyi dəyişikləri xəritəyə də əlavə edib. (Virtualaz.org)

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …