Bazar ertəsi , May 20 2019
Ana səhifə / Dünya / Vitse-spiker:”Rusiya hərbi bazası Ermənistan üçün həyati əhəmiyyət kəsb edir”

Vitse-spiker:”Rusiya hərbi bazası Ermənistan üçün həyati əhəmiyyət kəsb edir”

“Rusiya hərbi bazasının Gümrüdə saxlanılması Ermənistan üçün həyati əhəmiyyət kəsb edir”.

Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın vitse-spikeri Eduard Şarmazanov Panik kəndi ətrafında baş verən insidenti şərh edərkən deyib.

Şarmanazovun sözlərinə görə, Rusiya ilə Ermənistan arasındakı əlaqələr bütün istiqamətlərdə — hərbi, siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişaf etdirilməlidir: “Bunu Ermənistanın maraqları tələb edir”.

“Belə bir insidentin baş verməsinə görə təəssüflənirəm, lakin artıq Rusiya tərəfi məsələ ilə bağlı üzr istəyib. Hökumətin iclasında və bir sıra Rusiya KİV-ində səsləndirilən fikirlər ikitərəfli əlaqələrə zərbə vurur” – vitse-spiker vurğulayıb.

Ermənistanda olan 102-ci hərbi bazaya gəldikdə isə, parlamentin sədr müavini əmindir ki, baza Ermənistanın təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli amilllərdən biridir: “Onlar unudublar ki, Türkiyə Ermənistana təhlükə yaradır və unudublar ki, 4 günlük aprel döyüşləri zamanı Ermənistan əleyhinə 5 bəyanat səsləndirib? Bazanın olması həyati həmiyyət kəsb edir və bunun alternativi yoxdur”.

Qeyd edək ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçiləri Şirak vilayətinin Panik kəndi ərazisində boş güllələrdən istifadə etməklə hərbi təlim keçiblər. Lakin baş verənlər yerli sakinləri qorxuya salıb.

Həmçinin oxuyun

Zelenskinin andiçmə mərasimində kimlərin iştirak edəcəyi məlum oldu

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasimində təxminən 60 ölkənin prezidenti, hökumət başçıları və …