Cümə axşamı , May 26 2022
Ana səhifə / Dünya / Vitali Kliçko: “Vəziyyət təhlükəlidir, düşmən paytaxtın astanasındadır”

Vitali Kliçko: “Vəziyyət təhlükəlidir, düşmən paytaxtın astanasındadır”

Kiyev şəhərinin meri Vitali Kliçko şəhərdə situasiyanın təhlükəli həddə gəlib çıxdığını bildirib.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə o, Kiyev şəhər administrasiyasının saytında bəyan edib.

“Vəziyyət qorxuludur, düşmən şəhərin astanasındadır. Silahlı qüvvələrimiz, ərazi müdafiə döyüşçülərimiz qəhrəmanlıqla torpağımızı qoruyur. Biz Kiyevi müdafiə etməyə hazırlaşırıq. Şəhərin girəcəyindəki istehkamlar möhkəmləndirilib və blokpostlar qoyulub. Rusiya ölkəmizin ürəyini ələ keçirmək istəyi. Lakin biz savaşacağıq və Kiyevi təslim etməyəcəyik”,-deyə, o bildirib.

Həmçinin oxuyun

İranda Heydər Əliyev Mərkəzinin oxşarı tikildi – Fotolar

Bakıdakı dünyaca məşhur Heydər Əliyev Mərkəzinin oxşarı İranda inşa olunub. Milli.Az bildirir ki, İrandakı oxşar …