Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Dünya / Virusdan cadu ilə qurtulmaq istəyən səhiyyə naziri istefaya göndərildi

Virusdan cadu ilə qurtulmaq istəyən səhiyyə naziri istefaya göndərildi

Şri Lanka prezidenti koronavirusu cadu ilə müalicə etmək istəyən bir naziri vəzifəsindən azad edib.

Yenisabah.az AFP-yə istinadla xəbər verir ki, Şri Lanka Prezidenti Qotabaya Racapaksanın qəzəbinə tuş gələn ölkənin səhiyyə naziridir.

Nazir Pavitra Vaniaraçi COVID-19-dan qorunmaq üçün yanvar ayında bir cadu vasitəsilə “sehrli iksir” hazırlayıb.

Bununla belə, koronavirus ondan yan keçməyib, səhiyyə naziri virusa yoluxub və hazırda reanimasiyadır.

Bununla belə, vəzifədən çıxarılmış Pavitra Vaniaraçi Şri Lanka hökumətində mövqeyini qoruyub.

O, Nəqliyyat Nazirliyinə də rəhbərlik edir.

Virusdan cadu ilə qurtulmaq istəyən səhiyyə naziri istefaya göndərildi

Həmçinin oxuyun

Rusiyada seçkilərdə bu partiyalar qalib gəlib

Rusiyanın hakim Vahid Rusiya Partiyası Dövlət Dumasına keçirilən seçkilərdə qələbəsini elan edib. Partiyanın ictimai dəstək …