Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Virusa yoluxanlar 22 milyonu keçdi

Virusa yoluxanlar 22 milyonu keçdi

Dünyada COVID-19 virusuna yoluxanların sayı 22 milyon nəfəri ötüb.

Pandemiyanın statistikasını aparan Worldometer saytı bildirir ki, dünyada sutka ərzində 5 mindən çox yoluxma halı aşkarlanıb, 363 nəfər həyatını itirib.

Saytın son məlumatına əsasən, hazırda dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı 22 049 426 nəfərə, ölənlərin sayı isə 777 439 nəfərə çatıb. Eyni zamanda, 14,7 mindən çox insan COVID-19 xəstəliyindən sağalıb, 6 480 128 xəstənin müalicəsi davam edir.

Xatırladaq ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyənləşdirib. Martın 11-də koronavirus infeksiyasının yayılması pandemiya elan edilib.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …