Ana səhifə / Dünya / Venesiya film festivalının ən yaxşıları bəlli oldu

Venesiya film festivalının ən yaxşıları bəlli oldu

Keyt Blanşett və Kolin Farrell 79-cu Venesiya Film Festivalında ən yaxşı qadın və kişi rollarına görə Volpi Kuboku qazanıblar.

Təqdimat festivalın “YouTube” kanalında yayımlanıb.

Qərarı amerikalı aktrisa Culian Murun rəhbərlik etdiyi beynəlxalq münsiflər heyəti elan edib.

Blanşett bu mükafatı Todd Feldin “Tar” filmində Berlin Filarmonik Orkestrinə rəhbərlik edən ilk qadın orkestr dirijoru roluuna görə alıb.

Farrell isə Martin MakDonun “The Banshees of Inisherin” filmindəki ifasına görə mükafata layiq görülüb.

Qeyd edək ki, festivalın əsas mükafatı sayılan “Qızıl aslan” Laura Poitrasın “All the Beauty and the Bloodshed” sənədli filminə verilib. 79-cu kinofestivalın proqramında yeganə olan sənədli film fotoqrafın dərman şirkətinə qarşı mübarizəsindən bəhs edir.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …