Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Vaşinqtonda da separatçı-terrorçu ERMƏNİ HƏRƏKATININ 30 İLLİYİ KEÇİRİLDİ

Vaşinqtonda da separatçı-terrorçu ERMƏNİ HƏRƏKATININ 30 İLLİYİ KEÇİRİLDİ

Öncə xəbər verdiyimiz kimi, ATƏT-in Minsk Qrupunun aparıcı həmsədrləri olan  Rusiya və ABŞ-ın müxtəlif şəhərlərində 1988-ci ildə Xankəndində baş qaldıran və açıq-açığına Azərbaycanın tarixi-hüquqi torpaqlarının işğalına yönəlmiş separatçı-terrorçu erməni hərəkatının 30 illiyinə həsr edilmiş tədbirlər keçirilib.
Moderator.az “KarabakhTV”-yə istinadla xəbər verir ki, daha belə bir tədbir ABŞ-ın paytaxtı Vaşinqtonda təşkil edilib.
Surb Xaç kilsəsinin zalında təşkil edilən anti- Azərbaycan tədbirində “Artsaxın ABŞ-dakı nümayəndəsi” kimi təqdim edilən Robert Avetisyan, digər erməni nümayəndələr, o cümlədən keşişlər iştirak edib.
Qeyd edək ki, erməni separatçılığı və terrorçuluğuna birbaşa dəstək nümayiş etdirən oxşar aksiyalar Almaniyada, Belçikada, Hollandiyada, Livanda və s. ölkələrdə də keçirilib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …