Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Vaşinqtonda 4 nəfər ölüb, 50-dən çox etirazçı saxlanılıb

Vaşinqtonda 4 nəfər ölüb, 50-dən çox etirazçı saxlanılıb

ABŞ-ın paytaxtı Vaşinqtonda etiraz aksiyaları zamanı dörd nəfər ölüb.

Bu barədə paytaxt polisinin rəhbəri Robert Konti bildirib. O, Konqres binasında bir qadının güllə yarasından öldüyünü təsdiqləyib.Bundan əlavə, iğtişaşlar zamanı daha üç nəfər ölüb. Polis rəsmisi onların ölümlərinin konkret səbəblərini açıqlamayıb.

Konti, həmçinin etiraz aksiyalarında iştirak edən azı 52 nəfərin saxlanıldığını əlavə edib.

Xatırladaq ki, Kapitoli binasında ABŞ-ın hazırkı Prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Azvision.az

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …