Noyabrın 13-də “Christie’s auksion” evində 120 milyon dəyəri olan impressionist və abstraktist rəssamların əsərləri satışa çıxarılacaq.

AzNews.az TASS-a istinadən xəbər verir ki, kolleksiyaçları indidən ən çox maraqlandıran Vinsent van Qoqun “Laboureur dans un champ” əsəridir. Əsər 50 milyon dollar məbləğində qiymətləndirilir.

Auksionda həmçinin Mark Şaqal, Anri Matis, Mark Rotko kimi rəssamların əsərləri də satışa çıxarılacaq.

Qeyd edək ki, bu işlər əvvəl Texas neft maqnatı Perry Richardson Bass və onun həyat yoldaşı, “Nancy” kolleksiyasında saxlanılırdı. “Christie’s”in impressionist və müasir incəsənət şöbəsinin müdirinin dediyinə görə, satışa qoyulan bu 35 əsər Amerikanın son böyük incəsənət kolleksiyalarından biridir.