Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Van Dammın oğlu azərbaycanlı xanımla evləndi – Foto

Van Dammın oğlu azərbaycanlı xanımla evləndi – Foto

Dünyaca məşhur aktyor, Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu azərbaycanlı xanımla ailə qurub.

Atası kimi aktyor olan Kristofer Van Barenberq (Kris Van Damm) pianoçu Suada Hacızadə ilə nikah bağlayıb.

Nikah bir neçə gün bundan əvvəl baş tutub. Suada instaqram hesabının info bölməsində Krislə ailə qurduğunu qeyd edib. Eyni addımı məşhur aktyorun oğlu da atıb.

S. Hacızadənin yaxın dostları da məlumatı təsdiqləyib.

Qeyd edək ki, Suada Hacızadə Prezident mükafatçısıdır, 7 dəfə Beynəlxalq Musiqi Müsabiqəsinin laureatı olub.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …