Ana səhifə / Dünya / Vahid Ələkbərovun zavodunda partlayış – Video

Vahid Ələkbərovun zavodunda partlayış – Video

Rusiyanın Uxta şəhərində neft emalı zavodunda partlayış baş verib.

Partlayışın dalğaları şəhər küçələrində də hiss olunub. Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə səmada narıncı işıq görünüb, daha sonra partlayış səsi eşidilib.

Məlumata görə, partlayış dizel yanacağının emalı üzrə təsisatda texnoloji prosesin pozulması nəticəsində baş verib. Hazırda yanğının lokallaşdırılması istiqamətində işlər görülür. Bunun üçün 48 nəfər yanğınsöndürən, 15 texniki vasitə cəlb olunub. Yanğın sahəsi 1000 kvadrat metr ərazini əhatə edir. Bir nəfərin xəsarət aldığı bildirilir.

 Qeyd edək ki, partlayış baş verən zavod azərbaycanlı iş adamı Vahid Ələkbərovun “Lukoyl” şirkətinə aiddir.  /Qafqazinfo

Yenisabah.az

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …