Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Vahid Ələkbərovun şirkəti dünya ikincisi oldu

Vahid Ələkbərovun şirkəti dünya ikincisi oldu

Rusiyanın “Qazprom” şirkəti “S&P Global Platts” dünyanın iri enerji şirkətləri siyahısında birinci yerdən 17-ci yerə qədər geriləyib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ABŞ-ın “ExxonMobil” şirkəti 2017-ci ildə itirilmiş liderliyini geri qaytarıb. Reytinqin müəllifləri şirkətin uğuru kimi neftin qiymətinin bərpasını və ABŞ-da gözlənilən ixrac bumunu göstəriblər.

İkinci yeri Vahid Ələkbərovun rəhbərlik etdiyi Rusiyanın “Lukoyl” şirkəti tutub. Üçüncü yerdə ABŞ-ın “Phillips 66” şirkəti qərarlaşıb.

“S&P Global Platts” hər il aktivlərin dəyərləri, gəlirlər və kapital qoyuluşu əsasında dünyanın 250 iri enerji şirkətinin siyahısını hazırlayır.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …