Ana səhifə / Dünya / Vətən xaininin kəndinin icra nümayəndəsi danışdı 

Vətən xaininin kəndinin icra nümayəndəsi danışdı 

Qəhrəman Quliyev: “Camaat bu dəqiqə əsəb gərginliyi içərisindədir, atası dedi özümə ölüm istəyirəm”

İşğalçı Ermənistandan “müvəqqəti sığınacaq” istəyən Talış Mədəniyyət Mərkəzinin İdarə Heyətinin üzvü Şahin Mirzəyevlə bağlı xəbər onun doğulduğu bölgədə də nifrətlə qarşılanıb. Həmyerliləri Ş.Mirzəyevin bu addımını xəyanət hesab edərək lənətləyirlər.

Qeyd edək ki, vətəninə dönük çıxan Ş.Mirzəyev Lerik rayonunun Kəlvəz kəndindəndir. Kəlvəz kəndi Lerik rayon mərkəzindən 30 km uzaqda, Azərbaycan-İran sərhədinin 500 metrliyində yerləşir. Artıq onun 92 yaşlı atası Sayil Niyaz oğlu Mirzəyev mətbuata açıqlama verib və oğlundan imtina etdiyini bildirib.

Kəlvəz kəndinin icra nümayəndəsi Qəhrəman Quliyev musavat.com-a müsahibəsində eşitdikləri xəbərdən sarsıldıqlarını bildirdi. Yeri gəlmişkən, Ermənistan etnik qarşıdurma yaratmaq niyyətilə vətən xaininin “talış” olması faktını qabardır.

Amma aldığımız məlumata görə, Ş.Mirzəyevin kəndində türklər yaşayır:

– Qəhrəman müəllim, Şahin Mirzəyevin özü, ailəsi barədə nə deyə bilərsiniz?

– Onun atası kənddə müəllim işləyirdi. İbtidai sinif müəllimi idi. 12, ya 13 nəfərlik bir ailəydi, çox sakit adamlar kimi tanımışıq. Şahin Mirzəyev özü əsgərliyi bitirəndən sonra kəndə qayıtmayıb. Elə o vaxtdan Bakıya gedəndir. Birinci evliliyindən sonra boşanmışdı, sonra eşitdik ki, təkrar evlənib. Anası 2013-cü ildə rəhmətə gedib. Atası Sail Mirzəyevsə yaşlı kişidir, o da 2-3 ildir, Bakının Binə qəsəbəsində yaşayır. Ailəlikcə köçüb, gediblər.

– Kəlvəz kəndi haqqında bir az məlumat verə bilərsinizmi?

– Kəlvəz kəndi bizim inzibati əraziyə daxildir. Əhalisi çox deyil, hardasa 250 nəfərə yaxındır. Təxminən 35 evlik kənddir. Bu kənd Lerikin Zuvand zonasına daxildir.

– Bu kənddə yaşayanlar talışlardır, yoxsa türklər?

– Türk kəndidir, orda talış yoxdur. Onun (Şahin Mirzəyevin-E.P.) anası Lerikin Aliabad kəndindəndir, o kənddə talışlar yaşayır. Ancaq atası Kəlvəzdəndir. Bizim ərazi də talış mahalı deyil.

– Bu kənddən çıxmış bir nəfərin düşmən ölkəyə sığınması xəbərini necə qarşıladınız? Camaat nə deyir, nə danışır?

– Təbii ki, çox pis qarşıladıq. Bizim camaat bu dəqiqə əsəb gərginliyi içərisindədir. Kəlvəz kəndinin camaatı suallar içində donub qalıb. Bunun atası çox sakit bir kişidir, həmin ailədən gözlənilməyən, fövqəladə bir işdir. Onun gedib düşmənə sığınması hamını qəzəbləndirib. O kənddən on nəfər gəlmişdi ki, bunun haqqında nə isə bir tədbir görmək lazımdır. Çünki biz hamımız azərbaycanlıyıq, fərqi yoxdur, türk, talış. Bu zonadan da xeyli Qarabağ əlili və şəhid ailələri var. Biz belə bir hadisəni lənətləyirik. Dünən atası ilə əlaqə saxladıq. Dedi bala, mən xəcalət çəkirəm, telefonla danışmağa da utanıram. Dedi axı, niyə belə olsun, mən özümə ölüm istəyirəm. Çox dəhşətli bir haldır. Bizim millətə yaraşmayan bir hadisə baş verib.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …

Bir cavab yazın