Bazar , Noyabr 29 2020
Ana səhifə / Dünya / Vətən müharibəsindəki PUA-lar xarici mediada

Vətən müharibəsindəki PUA-lar xarici mediada

Türkiyə PUA-larının uğurları barədə Amerika, Yunanıstan və Rusiya KİV-də geniş məqalələr dərc edilib.

“Qafqazinfo” xəbər verir ki, yunan portalında dərc edilən məqalədə Yunanıstan Hərbi Hava Qüvvələrinin PUA-lar qarşısında aciz qaldığı vurğulanıb. Ölkədə səs-küyə səbəb olan xəbərdə hökumətin bu məsələni diqqətə almasının vacib olduğu bildirilib. 

Qeyd olunub ki, Türkiyə pilotsuz uçuş aparatları mövzusunda şəxsi texnologiyasını yaradıb və Yunanıstan sadəcə olaraq prosesi izləməklə kifayətlənir.

“Türk PUA-ları Egey dənizində yunan hava qüvvələrini çətinliyə salacaq”, – deyə qeyd edən qəzet vurğulayıb ki, Yunanıstan PUA-lar qarşısında “F-16”ları havalandırmağa məcbur olduğunu bəyan edib.

Rusiyanın “Vedomosti” qəzeti isə Qarabağ müharibəsində PUA-ların gücünü və döyüşləri analiz edən məqalə dərc edib. Bildirilib ki, müharibə Ermənistanın məğlubiyyəti ilə bitib. Qəzet “Bayraktar TB2”  pilotsuz uçuş aparatlarının Suriya və Liviyadan sonra Qarabağda uğura imza atdığını vurğulayıb.

Türk PUA-larının köməkliyi ilə hava üstünlüyünü ələ keçirən rəsmi Bakının savaşı asanlıqla qazandığı qeyd edilib. “Oyanan türkçülük” ifadəsinin yer aldığı məqalədə Azərbaycan-Türkiyə mütəffiqliyinə də toxunulub.

Amerikanın “Forbes” jurnalı isə Türkiyə PUA-larını “sehirli mərmi” adlandırıb.

Jurnalist David Hamblingin qələmə aldığı məqalədə Azərbaycanın Ermənistanla müharibədə bir neçə fərqli pilotsuz uçuş aparatından istifadə etdiyini, bunlar arasında ən güclüsünün Türkiyə PUA-ları olduğunu vurğulayıb.

Həmçinin oxuyun

Yaponiya parlamentinin fəaliyyətə başlamasının 130-cu ildönümü qeyd olunub

Yaponiyalı qanunvericilər noyabrın 29-da ölkə parlamentinin fəaliyyətə başlamasının 130-cu ildönümünü qeyd ediblər. AZƏRTAC xəbər verir …