Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Dünya / Vəhşi it körpəni beşikdən oğurladı – VİDEO

Vəhşi it körpəni beşikdən oğurladı – VİDEO

Avstraliyanın şərqində yerləşən Freyzer adasında dinqo (vəhşi it növü – red.) treylerə daxil olaraq, beşikdə yatan 14 aylıq körpəni oğurlayıb.

Bu barədə Avstraliyanın “News.com.au” portalı məlumat yayıb.

Uşağı yırtıcının yeminə çevrilməkdən ən son anda atası qurtarıb. O, vaxtında oyanaraq sayıqlığı itirməyib və yırtıcının dalınca qaçıb. İtə çataraq, azyaşlı oğlunu ondan alıb. Ətrafda başqa bir neçə dinqo da olub və ata uşağını qorumaq üçün onlarla savaşmalı olub. Dinqo sürüsünü qovmağa nail olduqdan sonra yaralanmış oğlu üçün təcili tibbi yardım çağırıb.

Uşaq baş və boyun nahiyəsinin deşici yaraları və kəllə sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilib. Xilasedicilərin dediyinə görə, uşağın atası vaxtında müdaxilə etməsəydi, bu hücum övladının ölümü ilə nəticələnə bilərdi.(oxu.az)

Həmçinin oxuyun

Koronavirus bütün dünyada tüğyan edir – STATİSTİKA

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 64 milyon 844 min 771 nəfərə çatıb. …