Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Dünya / “Uzun ömür tanrının cəzasıdır” – 129 yaşlı qadın

“Uzun ömür tanrının cəzasıdır” – 129 yaşlı qadın

Dünyanın ən yaşlı insanı olan Koku İstambulova uzunömürlü olmasının tanrı tərəfindən ona verilmiş cəza olduğunu deyib.
Belə ki, Rusiyada yaşayan 129 yaşlı çeçen qadın həyatı boyunca üzünün gülmədiyini və heç vaxt xoşbəxt olmadığını söyləyib.
O, üzərində illərin yorğunluğunu hiss etdiyini, bu günədək hələ də necə sağ qaldığını bilmədiyini deyib: “Həyatımda bir gün belə xoşbəxt olmadım. Həmişə çox işləmişəm və artıq yorulmuşan. Uzunömürlülük tanrının lütfi deyil, bir cəzasıdır”.

K.İstambulova SSRİ yarananda 28, İkinci Dünya Müharibəsi başa çatanda 56, SSRİ süqut edəndə isə 103 yaşında olub.

O, İkinci Dünya Müharibəsi zamanı faşist tanklarının kəndlərinə necə daxil olduğunu, evinin qarşısından keçməsini hələ də xatırlayır. Müharibədən sonra almanlarla əlaqəsinə görə Stalin tərəfindən Qazaxıstan və Sibir çöllərinə sürgün edilib.
(AzVision.az)

Həmçinin oxuyun

Ankaradan Qahirəyə sərt reaksiya: “Misirin vəzifəsi terrora xidmət etmək deyil”

Suriyada terrorla mübarizədə şəhidlər verən, 4 milyona yaxın suriyalı miqranta qucaq açan Türkiyəyə qarşı bu …