Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / ÜST karantin məhdudiyyətlərini yumşaldan ölkələrə xəbərdarlıq etdi

ÜST karantin məhdudiyyətlərini yumşaldan ölkələrə xəbərdarlıq etdi

Dünyada COVID-19-a yoluxanların sayı 4 milyon nəfəri ötüb.

“Report” RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə bildirib.

“Bu gün dünyada COVID-19-a 4 milyondan çox yoluxma qeydə alınıb”, – o deyib.

ÜST rəhbəri xatırladıb ki, bir çox ölkələr artıq COVID-19-la mübarizə üçün tətbiq edilmiş məhdudiyyətləri tədricən aradan qaldırmağa başlayıb. Onun fikrincə, belə hərəkətlər hər ayrı ölkədə pandemiya ilə bağlı vəziyyətin inkişafı nəzərə alınaraq tədricən olmalıdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …