Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Dünya / “USQ BƏZİ MÖVQELƏRİ GERİ QAYTARIB” – Zalujnı Mark Milliyə məlumat verib

“USQ BƏZİ MÖVQELƏRİ GERİ QAYTARIB” – Zalujnı Mark Milliyə məlumat verib

Ukrayna Silahlı Qüvvələri Baxmut şəhərini nəzarət altında saxlamaqda davam edirlər, şiddətli döyüşlər Uqledar və Marinka rayonlarında davam edir. Əvvəllər itirilmiş bəzi mövqelər isə geri qaytarılıb.

AzPolitika.info Ukrayna mediasına istinadla xəbər verir ki, bunu Ukrayna Ordusunun Baş komandanı Valeri Zalujnı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli ilə telefon danışığında deyib.

“Ən gərgin vəziyyət Donetsk istiqamətindədir, düşmən bu istiqamətdə gündəlik 50 hücum təşkil edir. Şiddətli döyüşlər Uqledar və Marinki rayonlarında davam edir. Biz müdafiəni etibarlı şəkildə təşkil edirik. Cəbhənin bəzi sahələrində əvvəllər əldən verilmiş mövqeləri geri qaytararaq, orda möhkəmlənmişik. Düşmənin davamlı təzyiqinə baxmayaraq, biz Baxmutu nəzarət altında saxlamaqda davam edirik və bu şəhər ətrafında vəziyyətin sabitləşməsi üçün tədbirlər görürük”, – Zalujnı amerikalı həmkarına məlumat verib. Zalijnı əlavə edib ki, döyüş meydanında uğur kifayət qədər silah və sursatın olmasından asılıdır.

Baş Komandan həmsöhbətinə son kütləvi raket hücumunun nəticələri barədə də məlumat verib və hava hücumundan müdafiə vasitələrinin əhəmiyyətini vurğulayıb.

Həmçinin oxuyun

Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə …