Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / “Uşaqlarımız həlak olur, generallar isə kef edir və məşuqə saxlayırlar”

“Uşaqlarımız həlak olur, generallar isə kef edir və məşuqə saxlayırlar”

Oktyabrın 1-də işğal olunmuş Xocavənd (Martuni) rayonunda yerləşən hərbi hissələrdən birində həlak olmuş Gevorq Aroyanın qohumları Ermənistanın baş nazirindən müdafiə naziri David Toniyanın, Qarabağ separatçılarının lideri Bako Saakyanın və “müdafiə naziri” Levon Mnatsakanyanın istefasını tələb edirlər.

Virtualaz.org “Armtimes.com” nəşrinə istinadən xəbər verir ki, hərbçinin dayısı Armen Beqleryan Gümrüdəki Müqəddəs Akop kilsəsində xəbərdarlıq aksiyası təşkil edib və burada Gevorqun yoldaşları da iştirak edib. Ailə iddia etmək davam edir ki, Gevorq intihar etməyib, onu öldürüblər və buna görə çoxları cavab verməlidir.

“Söhbət yalnız mənim uşağımdan getmir, bütün uşaqların yaşamaq hüququ var. Paşinyan can, sən dedin ki, uşaqlarımızın hamısı bərabərdir, hamını orduya aparacağıq. Apardınız, bəs sonra? Hamımız bilirik, orada nələr baş verir, biz öz əllərimizlə uşaqlarımızı ölümə yollayırıq. Rus ruletinə çeviriblər… Qoy bu axırıncı uşaq, axırıncı qurban olsun. Bu məsələni həll edə bilmirsinizsə, deyin. Bir “tuşonka” yeyən Manveli tutublar. Başqa yeyən qalmadı? Onlar öz yerlərində qaldılar. Yenə yeyirlər. Biz isə, eşşək kimi, uşaqlarımızı göndərək ki, generallar kef etsin, məşuqələrini saxlasınlar?” – Armen Beqlaryan qeyd edib.

əsgər Gevorq Aroyan

Aroyanın anası oğlu ilə hadisədən bir gün əvvəl görüşüb. Oğlan mənəvi cəhətdən sarsılmışdı, geyimsiz idi və göz qapağı göyərmişdi, başında çapıq vardı. “Ana deyib ki, indi başçının yanına gedəcəyəm. Gevorq isə onu dilə tutub ki, belə etməsin. Armine başçının yanına getmək istəyəndə nəzarət-butaxılış məntəqəsində ona kitabça veriblər – bu nəsə yeni şeydir, – bura valideyn öz rəyini yaza bilər. Armine deyir ki, “zampolit” faşist kimi durmuşdu, uşaq isə gərgin halda dedi ki, ana, yaz ki, hər şeydən razıyıq və minnətdarıq”.

Beqlaryanın sözlərinə görə, bu hərbi hissədə qeyri-insani şərait hökm sürür. Həmin ailədən başqaları da danışıb. Gevorq bura püşk nəticəsində düşüb və az bir zamandan sonra xəbər verib ki, hərbi hissədə xidmət etmək bir yana, sağ qalmaq da çətindir.

Ailə öz tərəfindən araşdırma aparmaq niyyətindədir. Hərbçinin dayısının sözlərinə görə, onlarda bütün lazımi daxili məlumat var. Xalq isə, onun fikrincə, anlamalıdır ki, kim kimdir, bilməlidir ki, ordu nə gündədir. “Kimin xəbəri var ki, bu həftə 10 əsgər ölüb? Bizim uşaqlarımızı türk öldürməyib. Bu yaxınlarda vəzifəli şəxsin oğlu hərbi hissədən ayaqyalın qaçıb, zabitlər onu maşınla qovublar, o, Füzulidəki hərbi hissəyə çatıb, zəng edib ki, əmi, gəl, məni apar burdan, öldürəcəklər”.

Beqlaryan bildirib ki, baş verənlərlə bağlı məktub Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşına da ötürülüb, lakin hələlik reaksiya yoxdur.

“Anna Akopyana məktub göndərmişik. 3 gün keçib, cavab yoxdur. Bu gün bizə çox adam qoşula bilərdi, lakin hələlik nə valideynlər var, nə də başqaları. Deyirlər ki, frankofoniya keçirilir, mane olmayın. Lakin Qarabağda qalxıb, Eçmiədzoin də, hamı bu barədə danışacaq. Frankofoniyanı niyəı keçiririk? Camaatı aldadırıq ki, biz yaxşıyıq? Deyirik ki, yaxşı ordumuz var? Belə bir şey yoxdur. Valideynləri çağır, bütün uşaqları çağır, normal insanları çağır… Biz qalxacağıq, gələcəyik, xidmət edəcəyik, iki il lazımdır? Xidmət edərik. Gəlin, hər şeyi təmizləyək”.

Həmçinin oxuyun

Gürcüstan parlamenti ilk oxunuşda “rus qanunu”nu qəbul etdi

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.83 deputat “lehinə” səs …